"Xüsusən də qarpız kəsilən zaman onun içərisində iri ağ zolaqlar, yumşalmalar, dadında dəyişiklik varsa, bu cür qarpızları yeməkdən çəkinmək lazımdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib. Professor bildirib ki, qarpız yay fəslində yeyilən meyvələrinin içərisində ən faydalılardan biridir:
"Onun tərkibində antioksidantlar var, böyrəklərin funksiyasına müsbət təsir edir. Orqanizmi vitaminlərlə təmin edir. Amma təəssüflər olsun ki, təkcə qarpız deyil, meyvələrin əksəriyyəti ilə bağlı problem var. Onların yetişdirilməsi zamanı istifadə edilən müxtəlif maddələr, xüsusən də zərərvericilərlə mübarizədə istifadə olunan bəzi maddələr qarpızın içərisində toplana bilər”.
Adil Qeybulla xəbərdarlıq edib:
"Qarpızı soyuducuda çox saxlamaq məqsədəuyğun deyil. Qarpız soyuducuda olan bütün qoxuları özünə hopdurur. Onu qədərində yemək lazımdır. İstəlinən bir meyvəni həddən artıq yemək ziyanlıdır. Gündəlik norma bir dilimdir. Onu yeyərkən norma hüdudunu gözləmək tövsiyyə olunur. Yoxsa böyük problemlərə yol açar”.
Bahar Rüstəmli
Şərhlər