Xəbər lenti

Adnan Oktar ermənilər üçün araşdırma aparır
Dünya18:37 17.04.2014

Adnan Oktar ermənilər üçün araşdırma aparır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyədə yaşayan həmyerlimiz iddia edir ki, həmin araşdırma əsasında Avropadakı ermənipərəst qüvvələr Azərbaycan dövləti əleyhinə film çəkəcək
“Adnan Oktar Avropadakı ermənipərəst qüvvələrin sifarişi ilə Azərbaycandakı ermənilərlə bağlı araşdırma aparır. Bu araşdırma əsasında film çəkiləcək. Filmdən Azərbaycan dövləti əleyhinə istifadə ediləcək”. Bu sözlər “Yeni Müsavat”ın e-mail ünvanında daxil olan məktubdandır. 
Məktub müəllifi iddia edir ki, Azərbaycandakı araşdırmalara bir il öncədən başlanıb: “Azərbaycandanam, uzun illədir Türkiyədə ali məktəbdə dərs deyirəm. 6 ay öncəyə qədər Adnan Oktar camaatına yaxın idim. Onun Azərbaycanda internet üzərindən televiziya açacağı haqqında da bilirdim. Ancaq 6 ay öncə həmin camaatla münasibətlərimi birdəfəlik kəsdim. Çünki onun Azərbaycan əleyhinə işləməsi haqqında çox ciddi faktlar əldə etdim və qorxdum. 
Adnan Oktarın ən yaxın çevrəsindəki isimlərdən Behzar Sezgin mənə dedi ki, o, Azərbaycanda bir qrup yaradıb, həmin qrup Avropadakı ermənipərəst qüvvələrin maliyyə dəstəyi ilə araşdırmalar aparır. Qrupda bir qız və iki oğlan var. Onlar Azərbaycanda hal-hazırda yaşayan ermənilərin sayı, dövlətdə əlaqələri, həmin ermənilərin nə üçün öz dini etiqadını gizlətməsi, hakimiyyət tərəfdən hansı basqılarla üzləşməsi haqqında bilgi toplayır”.
Məktub müəllifi iddia edir ki, əsas diqqət dini etiqad azadlığına ayrılıb: “Araşdırma mövzularında biri Bakıda erməni kilsəsinin hansı səbəbdən bağlı olmasıdır. Əldə etdiyim xəbərlərə gör, bu haqda araşdırmalar bir ilə yaxındır davam edir”. 
Müəllif yazır ki, yəhudi əsilli olması iddia edilən Türkiyə vətəndaşı Adnan Oktarın Azərbaycanda internet televiziyası açması məsələsi ötən həftədən gündəmə gəlib. Bir neçə sayt çəkilən verilişlərdən kadrlar da yayıb: “Adnan Oktar özünü İslam dininin təbliğatçısı kimi təqdim etsə də mason lojasına mənsub olduğu çoxdan sirr deyil. 
O, dələduzluqda və dövlət əleyhinə hərəkətlərdə suçlu bilinərək 15 ilini Türkiyə zindanlarından keçirib. Onun Bakıdakı dəstəkçilərinin Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin sədr müavini Aysel Canan Vəlizadə, Sevinc Haqverdizadə, Ləman Piriyeva, Vəfa Məhəmməd, Zaur Rza, Tural Vəliyev, Couli Aziz, Hüseyn Məmmədov, "Düşünən İnsan" jurnalının əməkdaşları Ramil Rüstəmov, Vəfa Kərimzadə olduğu haqqında iddialar var”.
"Yeni Musavat"