Xəbər lenti

Adrian Mutu:
İdman 23:17 18.12.2023

Adrian Mutu: "Məğlub olmağımız utancvericidir"

"Məğlub olmağımız utancvericidir”.

"Report”un məlumatına görə, bunu "Neftçi”nin baş məşqçisi Adrian Mutu "Qarabağ”a 0:2 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının XVII tur oyunundan sonra mətbuat konfransında deyib.

Rumıniyalı mütəxəssis qarşılaşmanın ardından komandasının çıxışını dəyərləndirib: "Çətin oyun idi, güclü rəqibə qarşı çıxış edirdik. Futbolçularım əzmkar mübarizə aparmağa çalışdılar. İrəlidə top saxlamağa çalışdıq, amma sonda məğlub olduq”.

Baş məşqçi hücumçularından daha yaxşı oyun gözlədiyini söyləyib: "Bu gün hücum xəttində olan bütün oyunçuları meydançaya buraxmışdım. Onlardan daha yaxşı performans gözləyirəm”.

O, Xankəndi yolunda baş verən qəzadə ağır xəsarət alan Peşəkar Futbol Liqasının əməkdaşlarına şəfa diləyib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->