Müğənni Afət Fərmanqızı mərhum sənətkar İlhamə Quliyevanın bacısı qızına yardım edib.
Qanarinfo xəbər verir ki, bu barədə Afət Fərmanqızı özü məlumat yayıb.
O, İlhamə Quliyevanın bacısı qızı Fəridənin onunla əlaqə saxlamasını istəyib:
"Məlumata görə, İlhamə Quliyevanın varislərindən olan Fəridə xanımın maddi vəziyyəti pisdir. ATV kanalında Zaurun verilişində kömək istəyib. Həmin xanıma bildirmək istəyirəm ki, ona çatası pul var. Mənimlə əlaqə saxlasın”.
Qeyd edək ki, bir müddət öncə mərhum Xalq artisti İlhamə Quliyevanın bacısı qızı Fəridə "Bizimləsən" proqramına gələrək yardım istəyib.
Xatırladaq ki, mərhumun yaxın qohumu Əli Mirəliyev bir qədər əvvəl saytımıza açıqlamasında İlhamə Quliyevadan qalan sərvətin bu qədər tez bitməsinə təəccübləndiyini bildirmişdi:
"Mən əvvəldən demişəm, İlhamədən kim nə oğurlayıbsa, fərq etməz mən tərəfdən, ya onların, kim olur-olsun, gec-tez burnundan gələcək. Bunlar ictimaiyyətə sübut eləmək istəyir ki, İlhamədən onlara heç nə qalmayıb. Bəs bu boyda pul, bu boyda qızıl-brilyant hara getdi? İlhamə 2016-ci ildə ölüb, 8 ilə bu qədər sərvəti necə xərclədilər? Bəlkə Fəridə Gülbahar Quliyevanın birinci ərindən olan qızıdır, ona görə onu bu sərvətdən kənar ediblər? Özgənin malını yemək Allah tərəfindən qəbul olunur? Xeyr. Hamısı burnunuzdan gələcək, sadəcə geci-tezi var”.
Bahar Rüstəmli
<iframe width="640" height="360" src="//player.qaynarinfo.az/?v=6231" frameborder="0" allow="autoplay; encrypted-media" allowfullscreen="" seamless="">