Xəbər lenti

AFFA İcraiyyə Komitəsinin iclası olacaq
İdman08:10 23.12.2020

AFFA İcraiyyə Komitəsinin iclası olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
AFFA-nın İcraiyyə Komitəsinin iclasının vaxtı açıqlanıb.
Qaynarinfo assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, toplantı dekabrın 24-də videokonfrans formatında gerçəkləşəcək.
Saat 11:00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. 2021/2022-ci il mövsümündə UEFA klub yarışları və Azərbaycan Premyer Liqasında iştirak üçün klubların Lisenziyalaşdırma qaydalarının təsdiqi
2. Müqavilə müddəti başa çatmış və yekunlaşmaqda olan aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçilərinin müqaviləsinin qarşılıqlı razılıq əsasında uzadılması
3. AFFA-nın növbəti Konfransının tarixinin müəyyənləşdirilməsi
4. Digər məsələlər