Xəbər lenti

AFFA iki komandaya texniki məğlubiyyət verdi
İdman08:26 29.05.2024

AFFA iki komandaya texniki məğlubiyyət verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
AFFA İntizam Komitəsi iki komandaya texniki məğlubiyyət verib.
Qaynarinfo xəbər verir ki, bu barədə qurumun son iclasında qərar qəbul olunub.
AFFA U-14 Liqasında "Sabah”la səfər matçında təyin edilən vaxtda meydanda olmadığına görə "Masallı" klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.
AHFF-nin birinciliyinin V turunun "Ərkivan” – "Salyan 2018” oyunu təhlükəsizlik xidməti təyin edilmiş vaxtda gəlmədiyi üçün baş tutmayıb. Bu səbəbdən meydan sahibi komanda texniki məğlubiyyətlə cəzalandırılıb.