Xəbər lenti

AFFA illik gəlirlərini və xərclərini açıqladı
İdman07:22 11.03.2016

AFFA illik gəlirlərini və xərclərini açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

AFFA illik gəlirlərini və xərclərini açıqlayıb. 

Qaynar.info xəbər verir ki, AFFA-nın büdcəsinə 2015-ci ildə 22 milyon 126 min 244 manat daxil olub.

Belə ki, SOCAR-dan 12 900 000, UEFA-dan 2 327 226, FIFA 839 088, A milli komandanın yayım hüququndan 2 331 488, AzərİdmanServisdən 1 796 516, Bakcelldən 953 873, AccessBankdan 388 570, Coca Coladan 177 667, Paşa Sığortadan 59 000 və digər mənbələrdən 352 816 manat AFFA-nın büdcəsinə daxil edilib.

AFFA-nın xərcləri isə ümumilikdə 18 milyon 249 min 900 manat təşkil edib. Ən çox xərc milli yığma komandalara xərclənib - 7 326 217 manat. II yerdə əmək haqqı və ezamiyyə xərcləri durur - 2 916 389 manat.

Qaynar.info