Xəbər lenti

AFFA Malta ilə oyuna nə qədər mükafat qoyub?
İdman14:42 27.03.2015

AFFA Malta ilə oyuna nə qədər mükafat qoyub?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabah AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Malta oyununun nəticəsi böyük ölçüdə heç nəyi dəyişməyəcək. Ardıcıl dörd oyunda məğlub olan millimiz üçün qrupdakı mübarizə bundan sonra sadəcə qrup sonuncusu olmamağa hesablanıb. AFFA rəhbərliyinin hələ tsikl başlamamış verdiyi "biz AVRO-2016-nın final mərhələsində çıxış edəcəyik" vədi artıq suya düşüb. 
Komanda.az-a AFFA-dakı mənbənin verdiyi məlumata görə, Maltayla oyunun nəticəsi o qədər əhəmiyyətli olmasa da, federasiya qələbəyə görə futbolçulara mükafat vəd edib. Özü də indiki dövr üçün kifayət qədər yaxşı mükafat.
Belə ki, Malta üzərində qələbə hər bir futbolçuya 10 min dollar qazandıracaq. Mənbənin bildirdiyinə görə, əslində bu oyun üçün mükafat daha çox nəzərdə tutulubmuş. Amma son dövrlərdə ölkədə baş verən iqtisadi böhran bu oyundan da yan ötməyib.
Heç-heçəyə görə mükafat nəzərdə tutulmayıb.
Azərbaycan - Malta matçı sabah saat 21.00-da start götürəcək və Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Qaynar.info