AFFA İntizam Komitəsi Misli Premyer Liqasının 29-cu turunun cəzalarını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, turun mərkəzi görüşü olan "Neftçi” – "Qarabağ” matçında azarkeşlərin hərəkətlərinə görə hər iki komanda ziyana düşüb.
"Neftçi” – "Qarabağ” oyununun 90+3-cü dəqiqəsində "Neftçi” komandasının azarkeşləri tərəfindən meydanaçaya kənar əşyalar atıldığına və bu hal cari mövsümdə 6-cı dəfə təkrarlandığına görə "Neftçi” komandası 5000 manat cərimə edilib.
"Neftçi”nin azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 8-ci dəfə təkrarlandığına görə "Neftçi” komandası 8000 manat cərimə edilib.
"Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə "Qarabağ” komandası 7000 manat cərimə edilib.
Turun digər oyunlarına gəlincə "İmişli” – "Sumqayıt” oyunu qonaqların formasında qüsurlar olması səbəbindən gec başladığına görə "Sumqayıt” komandası 1500 manat cərimə edilib. "Sumqayıt” azarkeşləri tərəfindən futbolçularının ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə 8000 manat cərimə olunub. Həmçinin oyun bitdikdən sonra "Sumqayıt” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə qonaq komanda 3000 manat cərimələnib.
"Şamaxı” – "Kəpəz” oyununda "Kəpəz” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.
"Sabah” – "Karvan-Yevlax” oyununun 64-cü dəqiqəsində "Sabah” komandasının 10 nömrəli futbolçusu Aleksey İsayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmayacqq, "Sabah” 1000 manat cərimə ödəyəcək. Oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə "Sabah” 6500 manat cərimə olunub. Matçın 36-cı dəqiqəsində "Karvan-Yevlax” komandasının 19 nömrəli futbolçusu Qavi Tompson ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmayacaq, "Karvan-Yevlax” komandası 500 manat cərimə ödəyəcək.
Şərhlər