İdman 18:45 25.05.2022

AFFA-nın baş katibi sabah "Kəpəz" rəhbərliyi ilə büdcə məsələsini müzakirə edəcək?

AFFA-nın baş katibi Sərxan Hacıyev Gəncəyə səfər edəcək.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə qurum rəsmisinin səfəri sabah baş tutacaq. Səfərin məqsədi AFFA-nın 30 illik yubileyidir. Bu münasibətlə Gəncədə tədbir təşkil olunacaq. Səfər çərçivəsində Hacıyev Gəncədəki stadionun durumu ilə maraqlanacaq. O, akademiyanın fəaliyyəti və meydançalarla yaxından tanış olacaq. 

Baş katibin səfəri çərçivəsində gəncəli veteran futbolçularla görüş də nəzərdə tutulub. Klub rəhbərliyi, daha doğrusu, icraçı direktor İlqar Nadiri ilə də görüşməyi planlaşdıran Hacıyevin "Kəpəz"in büdcəsi ilə bağlı da fikir mübadiləsi aparacağı gözlənilir.

Səbuhi Həsənov