XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

AFFA nümayəndəsi UEFA-dan təyinat aldı
İdman15:35 06.08.2024

AFFA nümayəndəsi UEFA-dan təyinat aldı

AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.

Qaynarinfo xəbər verir ki, o, UEFA Avropa Liqasının III təsnifat mərhələsinin "Boraç" (Bosniya və Herseqovina) - "Klaksvik" (Farer adaları) oyununun UEFA nümayəndəsi olacaq.

Banya Luka şəhərində yerləşən "Qradski" stadionunda keçiriləcək görüş avqustun 15-də baş tutacaq.

"Boraç" - "Klaksvik" matçını bolqarıstanlı baş hakim Georgi Kabakov idarə edəcək.