Afrika İttifaqının Sülh və Təhlükəsizlik Şurası Niger ordusuna ölkədə konstitusiya hakimiyyətini bərpa etmək üçün 15 gün vaxt verib.
Qaynarinfo xəbər verir ki, bu barədə AFP məlumat
yayıb.
Şura qoşunlardan "dərhal və qeyd-şərtsiz kazarmalarına qayıtmağı" tələb edib. Müvafiq bəyanat Nigerdə dövlət çevrilişindən sonra keçirilən görüşün yekunlarına əsasən qəbul edilib.
Xatırladaq ki, iyulun 27-nə keçən gecə Nigerin milli televiziyasının efirində Niger Prezident Qvardiyasının bir qrup hərbçisi ölkə prezidenti Məhəmməd Bazum və onun bütün ailə üzvlərinin hakimiyyətdən uzaqlaşdırıldığını bildirib. Niger ordusunun komandanlığı üsyanı təşkil edən hərbçiləri dəstəkləyib. Bazum istefa verməkdən imtina edib.
Nizami Bağırov