Altı Afrika liderindən ibarət nümayəndə heyəti Ukrayna və Rusiya ilə danışıqlar aparmaq niyyətindədir. Məqsədlərdən biri də "sülh prosesinə başlamaqdır”.
Qaynarinfo xəbər verir ki, bu barədə AP News xəbər
verir.
Afrika liderləri danışıqlar zamanı ağır sanksiyalar altında olan Rusiyaya Afrikanın ehtiyac duyduğu gübrə ixracına görə pulu necə ödəyəcəkləri məsələsini gündəmə gətirməyi planlaşdırır.
Danışıqların təşkilinə kömək edən əsas vasitəçi Jan-İv Olivye Afrika liderlərinin müharibə zamanı Ukraynadan daha çox taxıl daşınmasının asanlaşdırılması və əsirlərin mübadiləsinin mümkünlüyü ilə bağlı məsələni də müzakirə edəcəklərini söyləyib. Afrika liderləri hər iki ölkəyə "sülhməramlı” missiya ilə getməyi planlaşdırırlar.
Olivye həmçinin qeyd edib ki, danışıqların gələn ay başlaması ehtimalı var.
Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski Cənubi Afrika, Seneqal, Misir, Konqo Respublikası, Uqanda və Zambiya prezidentlərinin nümayəndə heyətlərini ayrıca qəbul etmək barədə razılığa gəliblər.
Bu formatda danışıqları ABŞ, Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatı, Afrika Birliyi və Çin də təsdiqləyir.
Nizami Bağırov