Xəbər lenti

Afrika liderləri Moskva və Kiyev arasında “etimad tədbirləri” hazırlayıb
Dünya14:28 16.06.2023

Afrika liderləri Moskva və Kiyev arasında “etimad tədbirləri” hazırlayıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya və Ukraynaya səfər edəcək  bir neçə Afrika ölkəsinin liderləri Moskva və Kiyev arasında atəşkəs üçün "etimad tədbirləri” hazırlayıblar. 
Qaynarinfo xəbər verir ki, bu barədə sənəd layihəsi ilə tanış olan Reuters agentliyi məlumat yayıb. 
Afrika ölkələrinin təklif etməyi planlaşdırdığı tədbirlərə Rusiya qoşunlarının Ukrayna ərazilərindən çıxarılması, Belarus ərazisində taktiki nüvə silahlarından imtina, həmçinin Vladimir Putinin həbsi ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin orderinin dayandırılması və sanksiyaların yumşaldılması daxildir.
Reuters agentliyinin məlumatına görə, iyunun 16-da Cənubi Afrika, Komor, Misir, Seneqal, Zambiya, Uqanda və Konqo Respublikasının liderləri Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcəklər. Ertəsi gün onlar Rusiya prezidenti Vladimir Putinlə görüş üçün Moskvaya gedəcəklər.
Sənəddə qeyd edilir ki, yuxarıda göstərilən tədbirlər "atəşkəs üçün əlverişli şəraitin yaradılmasına yönəldilməlidir ki, bu da tərəflərə etimadın yaradılmasına və sülhün bərpası üçün öz strategiyalarının hazırlanmasını nəzərdən keçirməyə imkan verəcək”.
Sənəd layihəsində həmçinin qeyd olunur ki, atəşkəs razılaşması Rusiya ilə Qərb arasında danışıqlarla dəstəklənməlidir.
Nizami Bağırov