Xəbər lenti

Afrikada ilk smartfon
Dünya16:19 07.12.2016

Afrikada ilk smartfon

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cənubi Afrika Respublikasında (CAR) ilk dəfə smartfon istehsal ediləcək. “Onyx Connect” startapı Afrikada smartfon istehsal edən ilk şirkət olacaq.

Yohannesburq şəhərində yerləşən startap “Android” əməliyyat sistemi bazasında smartfon və planşet istehsalına başlamaq niyyətindədir. İstehsala gələn ilin birinci rübündən başlanılacaq.

“Onyx” şirkətində iddia edirlər ki, onlar qiyməti təxminən 30 dollar olan smartfon istehsal etmək fikrindədirlər. Cihaza kamera və 1 giqabayt yaddaş daxildir.

Agentlik qeyd edir ki, CAR-da smartfon istehsalına yerli valyutanın 40 faiz zəifləməsi və nəticədə işçi qüvvəsinin ucuzlaşması təkan verib.(Azərtac)

Qaynarinfo.Az