Qananın Upper Vest bölgəsində 37 nəfər meningit epidemiyası səbəbindən həyatını itirib.
Qaynarinfo xəbər verir ki, bu barədə bölgənin tibb xidmətinin direktoru Osey Kuffuor Afreh məlumat verib. O, daha 247 nəfərin epidemiyaya yoluxduğunu bildirib. Ölənlərin xəstəxanaya gec müraciət etdiklərini deyən Afreh epidemiyanın nəzarət altına alınması üçün çalışdıqlarını qeyd edib.
O, bölgə əhalisinə baş və boyun ağrısı hiss etdikləri zaman dərhal xəstəxanaya müraciət etmələri barədə xəbərdarlıq edib.
Beyindən başlayıb bütün bədənə yayına meningitin hava yolu ilə yayıldığı bildirilir.
Camal