Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin şəhərində həyata keçirdiyi anti-terror "Zeytun Budağı" əməliyyatı davam edir.
Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, 20 yanvarda başlayan əməliyyat nəticəsində zərərsizləşdirilən PKK-PYD və İŞİD terrorçularının sayı 3195 nəfərə çatıb.
TSQ bildirir ki, əməliyyatın məqsədi Türkiyə sərhədlərinin təhlükəsizliyini təmin etmək və Suriyadakı terrorçuları məhv etməkdir.
Gülşən