Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin şəhərində həyata keçirdiyi "Zeytun Budağı" əməliyyatı çərçivəsində maraqlı anlar yaşanıb.
Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG üzvləri TSQ tərəfindən yerləşdirilən maket tankı həqiqi sanaraq məhv etməyə çalışıblar. Sosial mediada paylaşılan görüntüdə vurulanın maket olduğu anlaşılandan sonra terrorçular gülünc vəziyyətə düşüblər.