Suriyanın Afrin şəhərində Türkiyə Silahlı Qüvvələri tərəfindən həyata keçirilən "Zeytun Budağı" əməliyyatı çərçivəsində dünən Raco ərazisi terrorçu qruplardan təmizlənmişdi.
Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, Hacı Xəlil kəndi, Şeyx Hadid yaşayış məntəqəsinin ardından Bafluin, Halilo, Soğulcaq və Aranda kəndləri də terrorçulardan azad edilib.
20 yanvarda start götürən əməliyyatlar nəticəsində, PKK-YPG və İŞİD terror təşkilatına aid 98 kənd, 6 yaşayış məntəqəsi, 21 strateji dağ və təpə, 129 hərbi baza ələ keçirilib, 2612 terrorçu isə zərərsizləşdirilib.