Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin şəhərində həyata keçirdiyi anti-terror əməliyyatı nəticəsində öldürülən terrorçuların sayı 1595 nəfərə çatıb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, son gündə zərərsizləşdirilən PKK/KCK/PYD-YPG və İŞİD üzvlərinin sayı 44 nəfər olub. Əsas hədəf isə Şeyx Xuruz bölgəsidir.
Qeyd edək ki, 20 yanvarda start götürən əməliyyat "Zeytun Budağı" adını daşıyır.
Gülşən