Xəbər lenti

Afrindən acı xəbər: 8 şəhid, 13 yaralı var
Dünya06:05 02.03.2018

Afrindən acı xəbər: 8 şəhid, 13 yaralı var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin şəhərində həyata keçirdiyi anti-terror "Zeytun Budağı" əməliyyatı çərçivəsində gecə baş verən qarşıdurmada 8 türk əsgəri şəhid olub.
Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, TSQ-dən verilən rəsmi açıqlamada Türkiyə Jandarma və Xüsusi Təyinatlı Hərəkatın 8 üzvünün şəhid olması, 11 üzvünün yaralanması barədə məlumat qeyd olunur. Silahlı qarşıdurmanın yaşandığı bölgəyə daha sonra əlavə güc göndərilib və terrorçuların sığınacaqları vurulub.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 8 əsgərin şəhid olmasına görə dərin hüzn hissi keçirdiyini bildirib.
Gülşən