"Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin şəhər ərazisindəki yataqlara görə Baxmuta ehtiyacı var.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" Ağ Ev rəsmisinə istinadən məlumat
yayıb.
Birləşmiş Ştatlar Priqojinin "Ukraynanın nəzarətində olan Baxmut şəhəri yaxınlığındakı mədənlərdən duz və gips üzərində nəzarəti ələ keçirməkdə maraqlı olduğunu" hesab edir.
Rəsmi əlavə edib ki, Rusiya və Priqojinin Baxmut "vəsvəsəsinin” maliyyə motivləri olduğuna dair əlamətlər var.
ABŞ daha əvvəl Rusiya muzdlularını Moskvanın Ukraynadakı müharibəsini maliyyələşdirmək üçün Mərkəzi Afrika Respublikası, Mali, Sudan və digər yerlərdə təbii ehtiyatlardan istifadə etməkdə ittiham edib.
Xatırladaq ki, Priqojin Ukraynadakı müharibəyə cəlb etmək üçün həsxanalarda yatan cinayətkarların ilk dəstəsini azad edib və onların üzərindən cinayət işi qaldırılıb.
Alpər