Ukrayna Rusiyaya qarşı sülh danışıqlarına güclü bir mövqedən yanaşmalıdır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Amerikanın Səsi"nə
müsahibəsində Ağ Ev rəsmisi Maykl Karpenter bildirib. O, bunun əsasən Donbasdakı dağıntıları dayandırmağı və ən azı həmin xətləri sabitləşdirməyi nəzərdə tutduğunu vurğulayıb:
"Bu, zaman alacaq, 2025-ci ilə qədər uzanacaq və daha çox resurs tələb edəcək. Ukraynanın əlavə hərbi yardıma ehtiyacı olacaq", - Karpenter qeyd edib.
Eyni zamanda, o, Rusiyanın potensial sülh danışıqlarında mövqeyini qiymətləndirib:
"Rusiya tərəfinin güclü mövqeyə malik olduğu ideyası yanlışdır. 2,5 illik müharibə ərzində Rusiyanın 600 min ölən və yaralanan hərbçisi var. Və əlbəttə ki, Rusiya iqtisadiyyatı - inflyasiya artır, faiz dərəcələri 21%-ə çatıb və daha da artacaq. Bu səbəbdən Rusiya yaxşı vəziyyətdə deyil. Amma buna baxmayaraq, Ukraynanı qalib gəlməsi üçün resurslarla təmin etməliyik".
Əvvəlcə Putin sülh danışıqlarına başlamaq üçün şərtlərini bəyan edib. O, yalnız "legitim hakimiyyət" ilə razılaşmalar imzalayacağını qeyd edib və burada Ali Radanın sədri nəzərdə tutulur. Bu şərtə Ukrayna parlamentinin spikeri Ruslan Stefançuk cavab verib. O, Ukraynanın işğala məruz qalan bir ölkə olduğunu xatırladıb və sülh planının ölkənin tələblərini, yoxsa işğalçının tələblərini əks etdirməli olduğunu vurğulayıb.
Alpər
Şərhlər