Xəbər lenti

Ağ Ev Trampın Ukrayna ilə bağlı “sülh planı”na reaksiya verdi
Dünya 13:00 27.06.2024

Ağ Ev Trampın Ukrayna ilə bağlı “sülh planı”na reaksiya verdi

Döyüş əməliyyatlarına son qoymaq üçün Rusiya ilə danışıqlara başlamaq qərarını Ukrayna verəcək. 

Qaynarinfo xəbər verir ki, bu sözləri ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə müşavirlərinin Donald Trampa təklif etdiyi "sülh planı” ilə bağlı məlumatları şərh edərkən deyib.

Onun sözlərinə görə, prezident Co Bayden Ukraynanı ardıcıl və qətiyyətlə dəstəkləyir:

"Biz Ukraynanı müdafiəsində dəstəkləyən 50-dən çox ölkədən ibarət qlobal koalisiya qurmuşuq. Bayden bu yaxınlarda İtaliyada keçirilən G7 sammitində Ukrayna ilə tarixi ikitərəfli təhlükəsizlik sazişi imzaladı. O, başa düşür ki, Ukraynanın döyüş meydanında mövqeyi nə qədər güclü olsa, vaxtı gələndə danışıqlar masası arxasında da bir o qədər möhkəm olacaq və bilirsinizmi, o vaxt gələndə kim qərar verəcək? Prezident Zelenski".

O vurğulayıb ki, Vaşinqtonun mövqeyi dəyişməz qalır - "Ukraynasız Ukrayna haqqında heç nə yoxdur”:

"Biz Prezident Zelenskinin hazır olduqda güclü mövqedən danışıqlar aparmaq üçün lazım olan hər şeyə sahib olmasını təmin etməkdə israrlıyıq. O, bizim dəstəyimizə və 50-dən çox ölkənin dəstəyinə malik olduğunu bilir".

Kirbinin fikrincə, Ağ Ev Ukraynanı ərazi güzəştlərinə getməyə məcbur etmək fikrində deyil, çünki Putinə Ukraynanı fəth etməyə icazə verilsə, bunun nəticələri ağır olacaq.

Ötən gün Reuters yazıb ki, Donald Trampın iki əsas müşaviri - Keith Kellogg və Fred Fleitz ona  Ukraynadakı müharibəni bitirmək planını təqdim ediblər. Qeyd olunub ki, bu plan Ukraynanın yalnız sülh danışıqlarına girəcəyi təqdirdə daha çox Amerika silahı ala biləcəyini nəzərdə tutur.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->