NATO-nun qapıları Ukraynanın üzünə açıqdır, lakin bu ölkə blok üzvünün standartlarına cavab verməlidir.
Qaynarinfo xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer rəsmi internet saytında və sosial şəbəkələrdə yayımlanan brifinq zamanı
deyib.
Jan-Pyer əlavə edib ki, Ukraynanın alyansa daxil olması ilə bağlı qərar bloka üzv olan bütün ölkələrin razılığı ilə veriləcək, Kiyev isə islahatlar aparmalıdır. Əgər ölkə bütün tələblərə cavab verərsə, o zaman alyansa üzvlük üçün müraciət edə biləcək.
ABŞ prezidenti Co Bayden inanır ki, Ukrayna bunu edə bilər, - sözçü deyib.
Bundan əvvəl Ukrayna lideri Vladimir Zelenski Baydeni Ukraynanı yalnız münaqişə bitdikdən sonra bloka üzv ola bilsə belə, indi NATO-ya dəvət etməyə çağırıb.
Alpər