Xəbər lenti

Ağ Ev Ukraynaya Rusiyaya daha bir istiqamətdən hücuma icazə verdi
Dünya07:44 20.06.2024

Ağ Ev Ukraynaya Rusiyaya daha bir istiqamətdən hücuma icazə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ağ Ev rəsmi olaraq Müdafiə Qüvvələrinin həm Xarkov, həm də Sumı bölgələri yaxınlığında Rusiya ərazisində Amerika silahlarından istifadə etməsinə icazə verib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Ukrinform" yazır. 
"Biz tamamilə aydın şəkildə bildirdik ki, Amerika silahlarının istifadəsinə verilən bu icazə ukraynalılara birbaşa Xarkov vilayətində, eləcə də Sumı bölgəsində sərhədin o tayında Rusiya mövqelərini atəşə tutmağa imkan verir”, - Ağ Evin Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə baş direktoru Maykl Karpenter deyib.
Onun sözlərinə görə, bu hərəkətlər ona gətirib çıxaracaq ki, Rusiya öz qoşunlarını sərhədin öz tərəfində toplamaq imkanından məhrum olacaq.
Alpər