Ağ Ev bildirib ki, ABŞ Konqresindəki respublikaçılar digər məsələlərlə yanaşı, Ukraynaya yardımı ehtiva edən qanun layihəsini bloklayanda Rusiya prezidenti Vladimir Putinin tərəfini tuturlar.
Qaynarinfo xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla birgə brifinq zamanı
deyib.
O xatırladıb ki, bir həftə əvvəl Konqresdəki respublikaçılar sərhəd təhlükəsizliyi ilə bağlı ən sərt və ədalətli ikipartiyalı razılaşmanı "öldürdülər”. Onun sözlərinə görə, bu, ABŞ-ın keçmiş prezidenti Donald Trampın qarşıdan gələn seçkilərdə prezident Co Baydenə qarşı çıxmaq üçün Meksika ilə sərhəd məsələsindən istifadə etdiyindən sazişin effektiv olacağı və onun siyasətini pozacağı ilə bağlı narahatlığıyla bağlıdır.
"Sərhədimizi qorumaq üçün Prezident Bayden və Sərhəd Mühafizəsi İttifaqı ilə birləşmək seçimi ilə üzləşən Konqres Respublikaçılar bunun əvəzinə Donald Tramp, fentanil tacirləri və qaçaqmalçıların tərəfini tutdular. Özü də siyasətə görə”, - Jan-Pyer vurğulayıb və əlavə edib ki, indi respublikaçılar eyni şeyi Ukrayna üçün əlavə vəsait ehtiva edən yeni milli təhlükəsizlik qanunu ilə də edirlər.
"Ancaq şokedici olan odur ki, Nümayəndələr Palatasının respublikaçıları müdafiə sənayesi bazamıza, NATO-ya, Ukraynaya qarşı, Hind-Sakit okean regionunda maraqlarımıza qarşı Donald Tramp, Vladimir Putin və Tehranın tərəfini tutaraq, indi də bunu davam etdirirlər", - o bildirib.
Ağ Evin nümayənfəsi respublikaçıları qanun layihəsinə mane olmağı dayandırmağa və ABŞ-ın milli təhlükəsizliyini birinci yerə qoymağa çağırıb.
Nizami Bağırov