ABŞ prezidenti Co Baydenin administrasiyasında hələ də Rusiyanın aktivlərinin müsadirə edilib, Ukraynanın bərpasına yönəldilməsi ilə bağlı vahid mövqe yoxdur.
Qaynarinfo xəbər verir ki, bu barədə "New York Times" məlumat
yayıb.
Bir sıra rəsmilər hələlik yekun qərarın verilmədiyini bildiriblər. Ağ Ev ehtiyat edir ki, belə bir qərar ABŞ-ın investisiya cəlbediciliyinə xələl gətirə bilər.
Xüsusilə, ABŞ-ın maliyyə naziri Canet Ellen aktivlərin müsadirə edilməsinin əleyhinədir. O, 1977-ci ilin Beynəlxalq fövqəladə iqtisadi səlahiyyətlər Aktına istinad edir. Qanunda deyilir ki, ABŞ hərbi əməliyyatlarda iştirak edirsə və ya bu ölkəyə hücum hazırlığından xəbərdardırsa, xarici əmlak müsadirə oluna bilər. Bildirilir ki, Konqresdə qanuna dəyişikliklər edilə bilər.
Nizami Bağırov