Xəbər lenti

Ağ Evdən sülh naminə Rusiyaya Ukrayna ərazisinin 20%-ni təklif etməsinə cavab gəldi
Dünya09:58 03.02.2023

Ağ Evdən sülh naminə Rusiyaya Ukrayna ərazisinin 20%-ni təklif etməsinə cavab gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Neue Zürcher Zeitung” (NZZ) qəzetinin Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Bernsin münaqişəyə son qoymaq üçün guya Rusiyaya Ukrayna ərazisinin beşdə birini təklif etdiyi barədə məlumat həqiqətə uyğun deyil.
Qaynarinfo RBC-ya istinadla xəbər verir ki, bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Şon Davit bildirib. Eyni zamanda o, əlavə edib ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi də "eyni şeyi” deyəcək.
Adı açıqlanmayan MKİ rəsmisi də NZZ-nin Bernsin yanvar ayında gizli şəkildə Moskvaya səfər etməsi və Ağ Ev adından oxşar təkliflə çıxış etməsi ilə bağlı iddialarını "tamamilə yalan” adlandırıb.
Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski qəzetin materialını "maraqlı” hesab etsə də, "fərziyyələri şərh etməkdən” imtina edib.
Xatırladaq ki, bir qədər əvvəl NZZ iki alman siyasətçiyə istinadən yazıb ki, ABŞ prezidenti Co Bayden yanvarda Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Bernsə Rusiya və Ukraynanın sülh danışıqlarına hazırlığını qiymətləndirməyi tapşırıb. Amerika kəşfiyyatının rəhbərinin Kiyevə təklifində "torpaq müqabilində sülh”, Moskva üçünsə "sülh müqabilində torpaq” nəzərdə tutulurdu. Qəzet yazır ki, "torpaq” dedikdə Ukrayna ərazisinin təxminən 20%-i nəzərdə tutulur. Mənbələrin bildirdiyinə görə, həm Rusiya, həm də Ukrayna bu təklifi rədd edib ki, bundan sonra Qərb Ukraynaya tank tədarük etməyə razılaşıb.
Alpər