Ağ Ev türkiyədə baş verən dəhşətli zəlzələ ilə bağlı yayılan xəbərlərdən dərin narahatlıq keçirdiyini və ABŞ-ın lazım olan hər cür yardımı göstərməyə hazır olduğunu açıqlayıb.
Qaynarinfo bu barədə Hürriyet-ə istinadla xəbər
verir.
Açıqlamada Baydenin variantları dəyərləndirmək üçün lazımi birliklərə əmr verdiyi və "Türkiyə hökuməti ilə koordinasiyalı şəkildə vəziyyəti yaxından izləməyə davam edəcəkləri” bildirilib.
Qəzetin yazdığına görə, 7,4 bal gücündə zəlzələdən sonra ilk beynəlxalq yardım Azərbaycandan gəlib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Mülki Müdafiə bölmələri hazır vəziyyətə gətirilib. Nazirlik kömək üçün Türkiyəyə kadr göndərəcəyini açıqlayıb.
Bundan başqa, İsrailin xarici işlər naziri Eli Koen də Türkiyəyə başsağlığı verib və nazirliyə Türkiyəyə ağır fəlakətlə mübarizə üçün sürətli yardım proqramına rəhbərlik etməyi tapşırdığını bildirib.
Alpər