Xəbər lenti

Ağ Evin mətbuat katibi jurnalistlə mübahisə etdi
Dünya 14:46 12.03.2025

Ağ Evin mətbuat katibi jurnalistlə mübahisə etdi

Ağ Evin mətbuat katibi Karolin Levitt iqtisadi məsələlərlə bağlı mübahisə zamanı brifinqdə "Associated Press" jurnalistini tənqid edib. 

Qaynarinfo-nun məlumatına görə, agentliyin əkdaşı bildirib ki, ABŞ prezidenti Donald Tramp vəd etməsinə baxmayaraq, vergiləri azaltmır, əksinə idxal üzrə əlavə gömrük tarifləri qərarı ilə onların artmasına səbəb olur.

Buna cavab olaraq Levitt əks mövqedən çıxış edərək bildirib ki, tariflər xarici dövlətlər üçün vergiləri artırır.

"İqtisadiyyat biliklərimi yoxlamaq cəhdiniz təhqiredicidir. İndi "Associated Press"ə sual verməyə icazə verdiyimə görə peşmanam", deyə Levitt bildirib.

Həmçinin ABŞ prezidentinin ticarət məsələləri üzrə müşaviri Piter Navarro bildirib ki, ABŞ Kanadanın polad və alüminiumuna qoyulacaq tariflərin artırılmasını təxirə salıb.

11 martda ABŞ lideri Donald Tramp qarşılıqlı ticarət tarifləri məsələsini tam həll etmək üçün Kanadanı ABŞ-ın 51-ci ştatı olmağa dəvət edib. O, bu bəyanatı Kanada tərəfindən ABŞ-a daxil olan elektrik enerjisinə 25% gömrük rüsumu tətbiq edilməsi fonunda verib. Bundan əlavə, Tramp ABŞ-ın müxtəlif süd məhsulları üzrə 250-390% həcmində "hədsiz” fermer tarifinin dərhal ləğv edilməsini tələb edib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->