Xəbər lenti

"Ağ şəhər" və NZS-də yeni metro stansiyaları tikiləcək (DETALLAR)
Ölkə09:15 06.05.2025

"Ağ şəhər" və NZS-də yeni metro stansiyaları tikiləcək (DETALLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda 10 yeni metrostansiyanın tikiləcəyi ərazilərin müəyyənləşdiriməsi prosesi tamamlanmaq üzrədir.
Qaynarinfo xəbər verir ki, yeni metrostansiyaların tikiləcəyi ərazilər bəlli olub.
"Bakı Metropoliteni"nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, "Bənövşəyi xətt"in Babək prospektinə qədər və "Yaşıl xətt"in isə metronun "Həzi Aslanov" stansiyasına qədər uzadılacaq.
"Bənövşəyi xətt"in uzadılması, eyni zamanda, metronun "Avtovağzal" və "Xocasən" stansiyalarının istifadəsini genişləndirəcək və bir daha "20 Yanvar" stansiyasına və həmin dairəyə təzyiqi ciddi şəkildə azaldacaqdır.