Şahzadə Rza Pəhləvi Vaşinqtondakı nitqində və mətbuat konfransında İran xalqı ilə yanaşı, Silahlı Qüvvələri və siyasi qrupları hazırkı rejimi devirmək üçün birliyə çağırıb.
Qaynarinfo bu barədə BBC-nin fars bölməsinə istinadən xəbər
verir.
İrandakı son etiraz aksiyalarınsan danışan Rza Pəhləvi hakimiyyəti insanları çörəklə təmin edə bilməyən "aciz hökumət" adlandırıb.
Rza Pəhləvi bildirib ki, İslam Respublikası bütün İranın varlığın məhv edir. Onun fikrincə, rejim ölkənin sərvətlərini talan edib və zəngin İranı kasıb və geridə qalmış ölkəyə çevirib.
Şahzadə həmçinin "xalqa zülm edənlərə" xəbərdarlıq edərək bildirib ki, bütün cnayətlərə son qoyulacaq.
Rza Pəhləvi təhlükəsizlik orqanlarını və Silahlı Qüvvələri repressiyalarda iştirak etməməyə çağırıb:
"Mən rejimi zülümlərə son qoymağa dəvət edirəm. Bunlar bilməlidilər ki, Sovet İttifaqı minlərlə nüvə başlığı ilə çökdü, molla hökuməti də çökəcək".
O, həmçinin ordu, polis, hüquq-mühafizə orqanları da daxil olmaqla, ölkənin bütün Silahlı Qüvvələrini rejimdən üz döndərərək, İran xalqının qiyamına qoşulmağa çağırıb.
Rza Pəhləvi müxalifətin Milli Birliyinin vacibliyini vurğulayıb:
"Ötən ay etiraz aksiyalarında ən maraqlı məqam ondan ibarət idi ki, Xuzistanda Lor-Baxtiyari, ərəblər və farslar bir yerdə dayandılar və ümumi düşmənə qarşı qəzəb və nifrətlərini ifadə etdilər. Lor, Bəxtiyari, bəluç, ərəb, kürd , qaşqay, türk və türkəmən, dil və soydan asılı olmayaraq, hər kəs qəddar rejimə qarşı birləşməlidir".
Qeyd edək ki, son aksiyalar zamanı bir neçə şəhərdə etirazçılar tərəfindən Pəhləvi ailəsinə dəstək şüarları səsləndirilib.
1979-ci ildə baş verəb İran İslam İnqilabından sonra şahzadə Rza Pəhləvi öz ailəsi və anası ilə birlikdə ABŞ və Fransada yaşayır. Onun atasının anası Qacar türklərindən, öz anası Fərəh Diba isə əslən azərbaycanlıdır və Təbrizdə doğulub.
M.Arif