Şahzadə Uilyam qardaşı şahzadə Harrinin kral ailəsinə qayıtmaq istəyindən qəzəblənib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Mirror" mənbəyə istinadən yazıb.
Bir gün əvvəl jurnalistlər yazmışdılar ki, şahzadə Harri xərçəng xəstəliyindən müalicə olunan atası, Böyük Britaniya kralı III Çarlzı dəstəkləmək üçün müvəqqəti olaraq krallıq vəzifələrini yerinə yetirməyə hazır olduğunu bildirib. Lakin şahzadə Uilyamın yaxın mənbəsi bildirib ki, o, qardaşının ailəyə qayıtmasına icazə verməyəcək.
"Əgər kimsə daha çox məsuliyyət götürəcəksə, bu Uilyam olacaq, amma bu hələ gündəmdə deyil. Onun diqqəti indi atasının sağlamlığına, ailəsinə və monarxiya üçün ən yaxşısına yönəlib. Harrinin istənilən vəzifəyə qayıtma ehtimalı sıfırdır", deyə mənbə əlavə edib.
Fevralın 5-də Bukingem sarayının mətbuat xidməti Böyük Britaniya kralı III Çarlzın xərçəng xəstəliyinə tutulduğunu bildirib. Qeyd olunur ki, xəstəliyi səbəbindən monarx ictimai vəzifələrini müvəqqəti olaraq təxirə salacaq. Bununla belə, kral rəsmi sənədləri nəzərdən keçirməyə və dövlət işlərini aparmağa davam edəcək.
Fevralın 6-da şahzadə Harri atasını görmək üçün Londona uçub, lakin onunla cəmi 30 dəqiqə vaxt keçirib.
Aydın
Şərhlər