Dünya 19:56 13.12.2022

Aİ Bosniya və Herseqovinaya namizəd statusu verməyə razıdır

Avropa İttifaqına (Aİ) üzv ölkələr Bosniya və Herseqovina Aİ-yə namizəd dövlət statusunun verilməsinə razılıq veriblər. 

Qaynarinfo xəbər verir ki, bu barədə AFP diplomatlara istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, müvafiq qərarı Aİ ölkələrinin Avropa işləri üzrə nazirləri qəbul ediblər. Cümə axşamı, dekabrın 15-də Brüsseldə keçiriləcək sammit zamanı Aİ liderlərinin Bosniya və Herseqovinanın Aİ-yə qəbulu ilə bağlı rəsmi qərarı imzalayacağı gözlənilir.

Qeyd edək ki, iyul ayında Sloveniyanın Baş naziri Robert Qolob Avropa Komissiyasından 2022-ci ilin sonuna qədər Bosniya və Herseqovinaya Aİ-yə namizəd statusu verilməsini istəyib.

Nizami Bağırov