Xəbər lenti

Aİ da İrana qarşı 9-cu sanksiyalar paketini təsdiqləyəcək
Dünya15:39 23.06.2023

Aİ da İrana qarşı 9-cu sanksiyalar paketini təsdiqləyəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa İttifaqının 27 ölkəsinin xarici işlər nazirləri iyunun 26-da Lüksemburqda keçirilməsi planlaşdırılan iclasda İrana qarşı 9-cu sanksiyalar paketini təsdiq edəcəklər.
Qaynarinfo xəbər verir ki, bu barədə Brüsseldə jurnalistlərə Aİ-nin yüksək vəzifəli nümayəndəsi məlumat verib. 
Brüssel rəsmisi bilditib ki, İran hakimiyyətini insan haqlarının pozulmasına görə məsuliyyət daşıyır: "İrana qarşı 9-cu sanksiyalar paketi təsdiqlənəcək".
Eyni zamanda diplomat bir daha vurğulayıb ki, Avropa İttifaqının Tehrana qarşı mütəmadi sanksiyalar tətbiq etməsinə baxmayaraq, Brüssel hələ də Tehranın nüvə proqramı ilə bağlı razılığa gəlməyə ümid edir.
Avropa İttifaqı daha əvvəl bu ölkədə insan haqlarını pozduğuna görə İrana qarşı 8 sanksiya paketi tətbiq edib. Məhdudiyyətlər arasında Avropa aktivlərinin dondurulması, Avropa İttifaqına girişin qadağan edilməsi və Avropa bizneslərinin qara siyahıda olanlarla hər hansı işgüzar əlaqələrinə qadağa qoyulması daxildir. 
Bundan əvvəl Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Cozep Borrell təklif etmişdi ki, qurumun İrana qarşı davamlı olaraq yeni sanksiyalar tətbiq etməsi İranla nüvə sazişinin bərpası səylərinə təsir etməməlidir və bu, Tehranın nüvə proqramının müstəsna olaraq sülhməramlı olmasını təmin etməlidir.
Aydın