Xəbər lenti

Aİ-də inflyasiya vəziyyəti haqqında hesabat – Qorxunc statistika
Dünya06:51 20.08.2022

Aİ-də inflyasiya vəziyyəti haqqında hesabat – Qorxunc statistika

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa İttifaqının 16 üzvünün inflyasiya səviyyəsi ikirəqəmli həddə çatıb.
Qaynarinfo bu barədə "Euobserver" saytına istinadən xəbər verir.
Aİ-nin illik inflyasiya səviyyəsi iyunun sonundakı 9,6%-dən iyulun sonunda 9,8%-ə yüksəlib ki, bu da bir il əvvəl cəmi 2,5% təşkil edirdi.
Avropa Komissiyasının (Eurostat) statistika idarəsi cümə axşamı elan edib ki, Avrozonaya üzv 19 ölkədə iyulda başa çatan orta illik inflyasiyanın səviyyəsi 8,9 faizə çatıb. Bu göstərici bir ay əvvəl 8,6%, bir il əvvəl isə 2,2% idi.
Bu qurum Avropa regionunda inflyasiyanın əsas səbəbini Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra yanacağın, neft-qazın, ərzaq məhsullarının qiymətinin kəskin artması hesab edir.
Avropa İttifaqı və Avrozona üzv dövlətləri arasında keçən ay 6,8% ilə ən aşağı illik inflyasiya səviyyəsinə Fransa və Malta və 23,2% ilə Estoniya başçılıq edir.
Avropa İttifaqının və Avrozonanın ilk iqtisadi gücü olan Almaniyada illik inflyasiya səviyyəsi ötən iyulun sonunda 8,5% səviyyəsində açıqlanıb.
Qeyd edilir ki, Aİ-nin 27 üzvü arasında Estoniya, Latviya, Litva, Çexiya, Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya, Slovakiya, Xorvatiya, Sloveniya, Hollandiya, Yunanıstan, İspaniya, Kipr və Belçika da daxil olmaqla 16 üzv ölkədə illik inflyasiya səviyyəsi 10 faizdən yuxarıdır. 
M.Arif