Xəbər lenti

Aİ Covid-19-la mübarizə aparan firmalara 314 milyon avro qrant ayırdı
Dünya14:37 09.06.2020

Aİ Covid-19-la mübarizə aparan firmalara 314 milyon avro qrant ayırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa İttifaqı Covid-19-la mübarizəyə birbaşa qatılan və pandemiyanın təsirlərindən qurtulma mərhələsində iqtisadiyyata dəstək verən firmalara 314 milyon avro məbləğində qrant ayırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Avropa Komissiyasından açıqlama verilib. Ayrılan vəsaitin 166 milyon avrosu Avropa Yenilikçilik Şurası üzərindən antikor müalicəsi və ya ventilyasiya nəzarət sistemləri kimi Covid-19-la birbaşa mübarizə işlərində çalışan 36 firmaya verilib.
Vəsaitlərin geri qalan 148 milyon avrosu isə Aİ dirçəlmə planına dəstək olan firmalara ayrılıb.
Camal