Xəbər lenti

Aİ diplomatı: "ABŞ-ın Ukraynaya yardımı azalacaq, hazır olmalıyıq"
Dünya11:39 11.11.2023

Aİ diplomatı: "ABŞ-ın Ukraynaya yardımı azalacaq, hazır olmalıyıq"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"ABŞ-ın Ukraynaya yardımı azalacaq, ona görə də Avropa İttifaqı ölkələri kompensasiya verməyə siyasi cəhətdən hazır olmalıdır".
Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Cozep Borrel Avropa Sosialistlər Partiyasının İspaniyanın Malaqa şəhərində keçirilən Konqresində çıxışı zamanı deyib.
Diplomat vurğulayıb ki, İttifaq ölkələri Ukraynaya kömək etməkdə davam etmək üçün siyasi iradə nümayiş etdirməlidir.
Borrel etiraf edib ki, Ukraynanın Rusiya ilə münaqişədə qələbəsi yaxın gələcəkdə gözlənilmir. O bildirib ki, bu gün Avropa İttifaqının bir çox problemləri var: "İlk növbədə, Ukraynada Rusiya üzərində sürətli qələbə gözlənilmir".
Son bir ayda bir sıra siyasətçilər və KİV-lər qeyd ediblər ki, indi bütün ictimaiyyətin diqqəti İsrail və Qəzza zolağı ətrafındakı vəziyyətə yönəlib, Ukrayna münaqişəsi arxa plana keçib. Bununla bağlı Kiyevin indi Qərb müttəfiqlərindən xeyli az pul alacağı ilə bağlı fikirlər səslənib.
ABŞ Müdafiə Nazirliyinin keçmiş müşaviri polkovnik Duqlas Makqreqor bildirib ki, Rusiya və Ukrayna arasında silahlı qarşıdurma faktiki olaraq başa çatıb. Onun fikrincə, hazırda beynəlxalq ictimaiyyətin diqqəti Yaxın Şərqdəki hadisələrə yönəlib. O, bölgədə tədricən İsrailə qarşı ittifaqın formalaşmağa başladığını vurğulayıb.
Aydın