Ermənistandan bir şirkət Avropa İttifaqının 11-ci sanksiyalar paketinə daxil edilib.
Qaynarinfo xəbər verir ki, Avropa Komissiyasının növbəti sanksiyalar paketi ilə bağlı qərarında Rusiyaya qarşı sanksiyalar siyahısına 87 şirkətin daxil edildiyini qeyd edir. Onlara yüksək texnologiyalı, o cümlədən ikili təyinatlı malların satışına məhdudiyyətlər tətbiq ediləcək.
Siyahıya Çin, Özbəkistan, Birləşmiş Ərəb Əmirlikləri, Suriya və Ermənistan şirkətləri daxildir.
Siyahıya Ermənistandan yalnız bir şirkət var - "Taco MMC".
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Bürosunun sanksiya siyahısına Ermənistanda qeydiyyatdan keçmiş iki şirkət daxildir: "Taco" və "Milur Electronics". Hər iki şirkət elektronikanın topdan satışı ilə məşğuldur. "Taco" rus elektronika dileri "Radioavtomatika" ilə, "Milur Electronics" isə rus inteqral sxem dizayneri "Milandr" ilə əlaqəlidir.
Aydın