Xəbər lenti

Aİ gələn həftə rusiyalılar üçün viza qadağası və USQ-yə təlim missiyasını müzakirə edəcək
Siyasət15:55 24.08.2022

Aİ gələn həftə rusiyalılar üçün viza qadağası və USQ-yə təlim missiyasını müzakirə edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aİ nazirləri gələn həftə Rusiyaya yeni təsir üsullarını, o cümlədən rusiyalılar üçün viza sanksiyalarının tətbiqini müzakirə edəcəklər.
Bu barədə Qaynarinfo Avropa diplomatiyasının rəhbəri Xosep Borrelin bəyanatına istinadən xəbər verir .
O vurğulayıb ki, Aİ xarici işlər və müdafiə nazirləri avqustun 30 və 31-də Praqada görüşəcəklər. Orada Avropa ölkələrinin nümayəndələri Ukraynadakı müharibəni və Rusiya Federasiyasına qarşı mümkün yeni sanksiyaları müzakirə edəcəklər.
"Aİ olaraq biz Ukraynaya dəstək vermək və bu müharibənin Rusiya üçün baha başa gəlməsi üçün başqa nə edə biləcəyimizi görməliyik”, - Borrell bildirib.
Aİ nazirləri Rusiya vətəndaşları üçün viza məhdudiyyətlərini və Ukrayna hərbçilərinə təlim keçmək üçün mümkün missiyanı müzakirə edəcək. Borrell onu da vurğulayıb ki, qarşıdakı həftələrdə müharibə və onun nəticələrinin aradan qaldırılması beynəlxalq arenada, xüsusən də Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasında ən mühüm məsələlərdən birinə çevriləcək.
Nizami Bağırov