Avropa İttifaqı ilk dəfə qışı Rusiya qazı olmadan keçirməyə hazırlaşmaq qərarına gəlib. Bunun üçün üzv ölkələr öz nüvə və kömür elektrik stansiyalarının fəaliyyətini uzada bilər.
Bu barədə Qaynarinfo Avropa komissarı Tyerri Bretonun mətbuat konfransında verdiyi açıqlamaya istinadən xəbər
verir.
"Biz qərara gəldik: Rusiya qazı olmadan qışa hazırlaşırıq. Bu qışdan və bəlkə də gələn qışdan çıxmaq üçün Aİ ölkələri öz atom elektrik stansiyalarının və ya kömür stansiyalarının fəaliyyətini uzada bilər", - o deyib.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen də Aİ-nin Rusiya qazının tədarükündən məhrum ediləcəyi senarini ehtimal etdiyini bildirib.
Belə bir inkişaf "bütün Aİ ölkələrinə təsir göstərəcək", - o deyib.
Öz növbəsində, Avropa Komissiyasının sədr müavini Frans Timmermans qazın həddən artıq yüksək qiymətləri şəraitində ilk dəfə olaraq sərfəli olan alternativ enerjiyə keçidin vacibliyini vurğulayıb.
Nizami Bağırov