Xəbər lenti

Aİ iqlim sammitinin yekun bəyanatı ilə razılaşmır - Kifayət qədər iddialı deyil
Dünya 12:55 12.12.2023

Aİ iqlim sammitinin yekun bəyanatı ilə razılaşmır - Kifayət qədər iddialı deyil

Avropa İttifaqı və ayrı-ayrı üzv ölkələr Dubayda baş tutan iqlim sammitinin yekun bəyanatı layihəsini tənqid edərək, mətnin kifayət qədər iddialı olmadığını hesab ediblər.

Qaynarinfo xəbər verir ki, bu barədə Tagesschau məlumat yayıb.

Bir çox Avropa ölkələri sənəd layihəsini məyusluq kimi qiymətləndirib, belə ki, o, mədən yanacaqlarının mərhələli şəkildə ləğv etmək niyyətini bəyan etmir.
Layihə istixana qazı emissiyalarını azalda biləcək bir neçə addımı təsvir edir: 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin istifadəsini üç dəfə artırmaq, karbon qazını tutmaq üçün ən son texnologiyalardan istifadə etmək və nüvə enerjisindən istifadəni artırmaq. Mədən yanacağa gəldikdə isə, sənəd layihəsində mümkün olan yerlərdə kömür, neft və qazın istehsalını və istehlakını "ədalətli və nizamlı şəkildə" azaltması qeyd edilir. 

"Sammit sədrliyindən gələn bu təklif məyusluqdur. Ümumilikdə bu, kifayət deyil. Avropa İttifaqı olaraq əsas elementlər bizim üçün qəbuledilməzdir", - Yaşıllar Partiyasının nümayəndəsi, Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.

Onun sözlərinə görə, layihədən belə nəticə çıxır ki, mədən yanacaqları gələcəkdə də mühüm rol oynamağa davam edə bilər və kömürlə işləyən yeni istilik elektrik stansiyalarının tikintisi mümkün olacaq.

O əlavə edib ki, belə həcmli işlə dünya ictimaiyyəti havanın temperaturunun qlobal artımının qarşısını ala bilməyəcək. 

Avropa İttifaqının baş müzakirəçisi Vopke Hukstra və İspaniyanın ətraf mühit naziri Tereza Ribera da mənfi reaksiya verib. Hukstra bəyanat layihəsi ilə bağlı danışıqların "lazım olduğu müddətcə” davam etdirilməli olduğunu söyləyib. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->