Xəbər lenti

Aİ liderləri Gürcüstanın ittifaqa daxil olmasını dayandırdılar
Dünya 10:12 18.10.2024

Aİ liderləri Gürcüstanın ittifaqa daxil olmasını dayandırdılar

Brüsseldə keçirilən sammitdə Avropa İttifaqı ölkələrinin liderləri Gürcüstanın Aİ-yə daxil olması prosesinin virtual dayandırıldığını rəsmən elan ediblər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Avropa həqiqəti” Avropa Şurasının iclasının yekun sənədinə istinadən yazır.

Sənəddə qeyd edildiyi kimi, Avropa Şurası Aİ-nin gürcü xalqını Avropa yolunda dəstəkləməyə hazır olduğunu təsdiqləyir.

"Eyni zamanda, o, Gürcüstan hökumətinin Aİ-nin əsasını qoyduğu dəyər və prinsiplərə zidd olan fəaliyyət kursu ilə bağlı ciddi narahatlığını bir daha təkrarlayır”, - sənəddə vurğulanır.

Avropa Şurası xatırladıb ki, belə bir fəaliyyət kursu Gürcüstanın Avropa yolunu təhlükə altına qoyur və Aİ-yə üzvlük prosesini de-fakto dayandırır.

"O, Gürcüstanı Avropaya inteqrasiyanın əsas prinsiplərinə uyğun olaraq demokratik, hərtərəfli və davamlı islahatları qəbul etməyə çağırır”, - deyə sonda qeyd edilir.
Aİ həmçinin qarşıdan gələn parlament seçkilərinin beynəlxalq və milli seçki müşahidəçilərinin maneəsiz çıxışı ilə azad və ədalətli olmasını gözləyir.

Avropa Şurası həmçinin Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi prinsipinə sadiqliyini vurğulayıb.

Xatırladaq ki, son aylarda "Gürcü Arzusu” "xarici agentlər” haqqında qanunun qəbulundan tutmuş "LGBT təbliğatının” qadağan edilməsinə qədər Qərbin kəskin tənqidinə səbəb olan bir sıra addımlar atıb.

Bunun fonunda Avropa İttifaqı Tbilisi ilə münasibətləri dondurub və Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski bəyan edib ki, "Gürcü arzusu” partiyasının hakimiyyəti dövründə bu ölkə heç vaxt Avropa İttifaqına üzv olmayacaq.

Gürcüstanda seçkilər oktyabrın 26-da keçiriləcək. Ölkənin beynəlxalq tərəfdaşları seçki prosesini diqqətlə izləyir.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->