Xəbər lenti

Aİ məhkəməsi daha 4 rusiyalı oliqarxa qarşı sanksiyaların ləğvindən imtina etdi
Dünya13:29 06.09.2023

Aİ məhkəməsi daha 4 rusiyalı oliqarxa qarşı sanksiyaların ləğvindən imtina etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa İttifaqının Məhkəməsi rusiyalı oliqarxlar Gennadi Timçenko, Mixail Qutseriyev, Tiqran Xudaverdyan və Aleksandr Şulqinin onlara qarşı sanksiyaların ləğvini tələb edən şikayətlərini rədd edib. Bundan əvvəl Putinə yaxın olan Dmitri Pumpyanskinin və həyat yoldaşının şikayəti rədd edilmişdi.
Qaynarinfo xəbər verir ki, bu barədə "Azadlıq radiosu”nun jurnalisti Rikard Jozvyak X sosial şəbəkəsində yazıb.
"Aİ-nin Rusiya və Belarusa qarşı sanksiyaları (viza qadağaları və aktivlərin dondurulması) ilə bağlı bütün digər işlər, o cümlədən Timçenko, Şulgin, Xudaverdyan və Qutseriyevin də rədd edildi. Bu o deməkdir ki, Aİ sanksiyalarının hüquqi əsasları güclü olaraq qalır", - o yazıb. 
Rusiyanın TASS agentliyi Aİ məhkəməsinin nümayəndəsinə istinadən həmçinin rusiyalı iş adamları Dmitri Pumpyanski, Gennadi Timçenko, Mixail Qutseriyev və Tiqran Xudaverdyanın sanksiyalarla bağlı şikayətlərinin rədd edildiyini açıqlayıb. TASS-ın hesabatında Şulqinin adı çəkilmir.
"Bəli, bu gün məhkəmə rusiyalı iş adamlarının bütün iddialarını rədd etdi", - məhkəmə nümayəndəsi agentliyə bildirib.
"Kommersant"ın məlumatına görə, Avropa Məhkəməsi 2022-ci il aprelin 8-də məhdudiyyətlərə məruz qalan "Ozon” internet pərakəndə satış şirkətinin keçmiş baş direktoru Aleksandr Şulqinə qarşı Avropa İttifaqının sanksiyalarını ləğv etmək qərarına gəlib. Qərar apelyasiya şikayəti müddəti bitdikdən sonra qüvvəyə minəcək. Bu, ilk dəfədir ki, məhkəmə qərarı ilə Aİ-də rusiyalı biznesmendən sanksiyalar götürülür.
Bundan əvvəl Aİ məhkəməsi rusiyalı oliqarx Dmitri Pumpyanski və onun həyat yoldaşı Qalina Pumpyanskayanın Aİ sanksiyalarına qarşı şikayətini rədd etdiyini açıqlayıb. 
"Dmitri Pumpyanski Ukraynaya qarşı hərbi hücumda bilavasitə iştirak etməsə də, Rusiya Federasiyası hökuməti üçün əhəmiyyətli gəlir mənbəyi təşkil edən iqtisadiyyat sektorlarında iştirak edir", - məhkəmə bildirib.
Nizami Bağırov