Xəbər lenti

Aİ miqrant böhranı barədə razılıq əldə etdi: mərkəzlər yaradılacaq
Dünya06:54 29.06.2018

Aİ miqrant böhranı barədə razılıq əldə etdi: mərkəzlər yaradılacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa İttifaqı liderləri Brüsseldə keçirilən sammitdə miqrant böhranı barədə razılığa gəliblər.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, ölkələrin qərarı İtaliya tərəfindən veto ilə üzləşirdi, lakin Aİ böhranın həlli barədə ortaq qərara gələ bildi. Əldə edilən razılığa görə, Aİ ölkələri könüllü şəkildə miqrantlar üçün mərkəz yarada biləcək. Mərkəz leqal və illeqal miqrantları müəyyənləşdirəcək. 
Könüllü ölkələrin adları hələlik qeyri-müəyyəndir. 
İtaliyanın baş naziri Cüzeppe Konte belə bir mərkəzə ev sahibliyi edib-etməyəcəkləri barədə daha sonra qərar verəcəklərini açıqlayıb. 
Aİ üzvləri çox sayda miqranta qapılarını açan Türkiyəyə 3 milyard dollar yardım barədə də razılıq əldə edib. 
Qeyd edək ki, son illərdə Yaxın Şərq davam edən vətəndaş müharibələri, həmçinin Afrika ölkərindəki çətin iqtisadi vəziyyət və müharibələr çox sayda insanın Avropaya doğru axın etməsinə səbəb olub. Afrikadan gələn qeyri-qanuni miqrantların Aralıq dənizi vasitəsilə əsasən İtaliyaya daxil olmağa çalışması bu ölkə höküməti tərəfindən narazılıqla qarşılanmış, Aİ-yə problemin həlli barədə tələb irəli sürülmüşdü.
Gülşən