Avropa Parlamenti və Avropa İttifaqı (Aİ) ölkələri ümumi miqrasiya siyasətinin islahatı ilə bağlı razılığa gəliblər.
Qaynainfo xəbər verir ki, bu barədə Avropa komissarı İlva Yohansson bildirib. Yeniliklər toplusu Miqrasiya və Sığınacaq Paktı adlanır və Aİ Şurası tərəfindən rəsmi şəkildə təsdiqlənməlidir.
Paketin bir hissəsi kimi, tədbir sərhəd nəzarətinin gücləndirilməsini, sığınacaq müraciətlərinə baxılması prosedurunun sürətləndirilməsini və Aİ-yə qeyri-qanuni daxil olanların daha effektiv şəkildə ölkədən çıxarılmasını nəzərdə tutur. İslahat həm də miqrantların ölkələr üzrə daha ədalətli bölüşdürülməsini nəzərdə tutur.
"Biz xarici sərhədlərimizin daha yaxşı qorunması, daha çox həmrəylik, Avropa dəyərlərimizə əsaslanaraq sığınacaq axtaranların daha çox müdafiəsi üçün miqrasiya və sığınacaq siyasəti üzrə hərtərəfli paket haqqında razılığa gəldik”, - xanım Yohansson deyib.
Aİ-nin məlumatına görə, 2023-cü ilin yanvar-noyabr ayları ərzində Avropa üzrə qeyri-qanuni sərhəd keçidlərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 17% artaraq 355,3 min nəfərə çatıb ki, bu da 2016-cı ildən bəri maksimum göstəricidir. Miqrant axını fonunda noyabrın 28-də Finlandiya hakimiyyəti dekabrın 13-dək Rusiya ilə sərhəddəki bütün keçidlərin bağlandığını elan edib. Dekabrın 14-də iki keçid məntəqəsinin fəaliyyəti bərpa edilib, lakin həmin gün məntəqələr yenidən bağlanıb.
Alpər