Xəbər lenti

Aİ müdafiə üzrə Avropa komissarı yaratmağı planlaşdırır - "Politico"
Dünya11:14 15.02.2024

Aİ müdafiə üzrə Avropa komissarı yaratmağı planlaşdırır - "Politico"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa İttifaqı müdafiə siyasətinin sənaye aspektlərinə nəzarət edəcək müdafiə üzrə Avropa komissarı postunun yaradılmasını nəzərdən keçirir.
Bu barədə Qaynarinfo "Politico”ya istinadən xəbər verir.
"Onun kollegiyasının tərkibi və funksiyaları ilə bağlı qərarı Avropa Komissiyasının yeni rəhbəri qəbul etsə də, prezident Ursula fon der Lyayenin buna çox müsbət münasibət bəslədiyini təsdiq edə bilərəm", - Avropa Komissiyasının nümayəndəsi bildirib.
Fon der Lyayen seçki manifestinin layihəsində ilk dəfə Aİ-nin müdafiə komissarının yaradılmasını tələb edən Avropa Xalq Partiyasının üzvüdür.
Avropa İttifaqının yüksək səviyyəli diplomatlarından biri müdafiə komissarı yaratmaq planları barədə suala belə cavab verib: "Əgər onlar bunu etməsələr, təəccüblənərdim. Müdafiə ilə bağlı əhəmiyyətli maliyyə paketi ola bilər. Buna görə də, buna nəzarət edən birinə ehtiyacınız olacaq". 
Nizami Bağırov