Xəbər lenti

Aİ müharibəyə görə Rusiyaya qarşı sanksiyaların müddətini altı ay uzatdı
Dünya13:42 13.09.2023

Aİ müharibəyə görə Rusiyaya qarşı sanksiyaların müddətini altı ay uzatdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa İttifaqı Şurası Ukraynanın ərazi bütövlüyünün pozulmasına görə məsuliyyət daşıyan Rusiya fiziki və hüquqi şəxslərinə qarşı sanksiyaların altı ay müddətinə uzadılması barədə qərar qəbul edib.
Bu barədə Qaynarinfo Aİ Şurasının mətbuat xidmətinə istinadən xəbər verir.
Şura xatırladıb ki, sanksiyalara fiziki şəxslərin səfərinə məhdudiyyətlər, aktivlərin dondurulması, fiziki və hüquqi şəxslərə vəsaitlərin və ya digər iqtisadi resursların verilməsinə qadağa daxildir. Onlar ən azı 15 mart 2024-cü ilə qədər qüvvədə qalacaqlar.
Məhdudiyyətlər Rusiyanın Ukraynaya qarşı davam edən əsassız hərbi təcavüzünə cavab olaraq 1800-ə yaxın fiziki və hüquqi şəxsə tətbiq edilib.
Sanksiyaların nəzərdən keçirilməsi çərçivəsində Şura həmçinin dörd şəxsə qarşı məhdudiyyətlərin uzadılmaması qərarına gəlib.
"Aİ lazım olduğu müddətdə Ukraynaya və onun xalqına güclü maliyyə, iqtisadi, humanitar, hərbi və diplomatik dəstək verməyə davam edəcək”, - Aİ Şurası vurğulayıb.
Nizami Bağırov