Aİ-nin Moldovadakı nümayəndəliyinin rəhbəri Yanis Majeyks diplomatik nümayəndəliyin yerləşdiyi binanın damında Rusiya diplomatlarını ələ salaraq foto çəkdirib.
Qaynarinfo "Yevropeyksa pravda”ya istinadən xəbər verir ki, Majeyks müvafiq şəkli Facebook-da
yerləşdirib.
O, jurnalistlərin Rusiyanın Kişinyovdakı səfirliyinin damında Rusiya xüsusi xidmət orqanlarının Moldova hakimiyyətinə qarşı casusluq etmək üçün istifadə etdiyi 28 qurğu və parabolik anten barədə aparılan araşdırmaya eyham vurub.
Diplomat nümayiş etdirib ki, Aİ nümayəndəliyinin damında bir dənə də olsun parabolik anten yoxdur, çünki onun əməkdaşlarının "televiziyaya baxmağa vaxtı yoxdur”.
"Kişinyovda isti yay günü. Biz indicə Aİ Nümayəndəliyinin damını yoxladıq - kondisionerlər tam gücü ilə işləyir, damımızda peyk antenləri yoxdur. İşlə o qədər məşğuluq ki, televizora baxmağa vaxtımız yoxdur”, - Majeyks şəklin altına yazıb.
Nizami Bağırov